Kolbasa, sosis istehsal edən müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlandı

11.10.2018 - 13:14

Azərbaycanda ət və ət məhsulları, o cümlədən kolbasa və sosiska istehsal edən bəzi müəssisələrin fəaliyyətində nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Digər qida sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri kimi ət və ət məhsullarının satışı müəssisələrində də AQTA tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”indən çıxarış alınaraq yoxlamalar həyata keçirilir.

Həyata keçirilən yoxlamalar zamanı bir sıra müəssisələrin havalandırma sistemi ilə təmin edilmədiyi, tavan, döşəmə və divarlar asan yuyulan gigiyenik materiallarla üzlənmədiyi, eyni zamanda ətin satışı, saxlanması və emalı üçün bazarda baytarlıq-sanitariya tələblərinə uyğun şəraitin olmadığı müəyyən edilib. Hazırda bu sahədə aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilir”, – AQTA-dan bildirilib. Report.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930