“Bakcell”in dəstəyilə yaradılmış startap kurs axtarışını asanlaşdırır

12.11.2018 - 14:29

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti yerli startaplara dəstək göstərməyə və özünün AppLab inkubasiya proqramı vasitəsilə innovasiyaları insanların gündəlik həyatına gətirməyə davam edir.

“Qafqazinfo” xəbər verir ki, AppLab tərəfindən dəstəklənən layihələrin bir çoxu uğur qazana bilib, maraqlı və unikal məhsulların yaradılmasına nail olub. Belə startaplardan biri olan “Bilik.al” insanlara müxtəlif sahələr üzrə təlim və kurslar tapmağa kömək edən internet səhifəsidir. Bu səhifə sayəsində istifadəçilər “PHP proqramlaşdırma dilini harada öyrənmək olar?”, “ən yaxşı yoqa müəllimi kimdir?” və yaxud “futbol məktəbini harada tapmaq olar?” kimi suallara asan şəkildə cavab tapa bilirlər. Sözügedən platforma İT sahəsindən tutmuş kulinariyaya qədər bir çox sahəni əhatə edən seçilmiş kateqoriyalar üzrə sürətli axtarış imkanını verir. İnternet səhifəsinin mobil versiyası da mövcuddur ki, bu da istifadəçilərə istənilən kursu mobil telefon və planşetlərində rahatlıqla ə tapmaq imkanı verir. Kurslar və təlimlər haqqında məlumatın sayta yerləşdirilməsi tamamilə pulsuzdur. Gələcəkdə “bilik.al” komandası iOS və Android üzərində işləyən cihazlar üçün mobil tətbiqetmə yaratmağı da planlaşdırır.

““Bilik.al” layihəsinin əsas məqsədi şəxsi və peşəkar inkişaf üçün müvafiq kurs və təlim tapıb uğur qazanmaqda insanlara kömək etməkdir. Cəmi 5 ay ərzində kurs və təlimlərin təşkili ilə məşğul olan 40-dan şirkətlə əməkdaşlıq qurulub və hazırda saytımızda aktiv istifadəçi sayı 5 mini ötür. İnanırıq ki, bu layihə istənilən kursu asanlıqla tapmaq üçün ən əlverişli resurs olmaqla gənclərin uğur qazanmaq üçün inkişaf etmək imkanlarını artıracaq. Layihəni rellaşdırmaqda göstərdikləri böyük dəstək və məsləhətlərə görə Bakcell şirkətinə və AppLab mərkəzinə minnətdarıdq” deyə bilik.al layihəsinin təsisçilərindən biri Cavid Abbasov bildirib.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq  və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan Bakcell öz innovativ ideyalarını həyata keçirmək üçün gənclərə  lazımı şərait yaratmağa və dəstək göstərməyə həmişə hazırdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124499

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930