Türkiyədə azərbaycanlı qardaşların dramı

18.02.2019 - 01:21

12 il öncə anası ilə Türkiyənin Bursa şəhərinə köçən 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov vətəndaşlıq pasportu ala bilmirlər. Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, qardaş bu müddət ərzində şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə Türkiyə vətəndaşı da ola bilməyiblər.
Bundan başqa, vəsiqələri ola bilmədikləri üçün Azərbaycana da gələ bilmirlər. Qardaşlar hazırda Türkiyədə səhiyyə və təhsil xidmətindən yararlana, sığortalı işdə çalışa bilmirlər. Sözün əsl mənasında vətənsiz qalan qardaşlar rəsmi qurumlara səslənərək yardım istəyiblər: “Bizi müxtəlif qurumlara göndərirlər, amma heç biri bizim problemimizi həll etmir. Biz Türkiyə Cümhuriyyəti vətəndaşı olmaq və burada hərbi xidmətə getmək istəyirik. Hazırda istifadə edə bilməyimizi bütün hüquqlardan yararlanmaq arzusundayıq”, – deyə Sabir Bağırov bildirib.
O, sözlərinə əlavə edib ki, rəsmi sənədləri olmadığı üçün sevgilisi ilə ailə də qura bilmir. Qeyd edək ki, Sabir və Zaminkarın anası 12 il öncə Türkiyə vətəndaşı ilə ailə quraraq oraya köçüb. Həmin vaxt uşaqları 9 və 7 yaşlarında olub və doğum haqqında şəhadətnamə ilə oraya aparıb. 5 il öncə qardaşlarla ögey ataları arasında mübahisə düşdüyü üçün onlar evi tərk ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126895

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930