Azərbaycanda vahid məktəbli forması olacaq? – Nazir AÇIQLADI

17.10.2019 - 13:07

“Respublika ərazisində vahid bir məktəbli forması tətbiq edilməyəcək”.

Lent.az məlumat verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” sənədinə əsasən hər bir məktəbdə vahid formanın olması əks olunub:
“Ancaq məktəbli formasının hansı formada olması ilə bağlı qərar məktəbin pedaqoji şurasının və valideynlər komitəsinin ortaq qərarı ilə müəyyənlışdiriləcək. Səmimi etiraf edək ki, hər məktəbin müxtəlif forma tərtib etməsi qarışıqlığa səbəb ola bilər. Bu səbəbdən də ölkə üzrə bir neçə dizaynda standartlara cavab verən formalar təklif olunacaq və məktəblər bu formalardan birini seçəcəklər”.
Nazir qeyd edib ki, həmin formaların daha uyğun və keyfiyyətli olması gözlənilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134775

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930