İşsizlikdən sığorta fondunun büdcəsi 30 faiz artır

04.11.2019 - 17:50

255dc01dcb96046İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcəsinin 128,2 milyon manat təşkil edəcəyi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu, 2019-cu ilə nisbətən 30 faiz çoxdur. Fondun 2020-ci il büdcəsinin əsas xərc istiqaməti kimi, 63,7 milyon manat vəsaitin özünüməşğulluq proqramının icrası işlərinə, proqrama cəlb olunanların kiçik təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara aktivlərin alınmasının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Həmçinin fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişləri üçün 5 milyon manat, peşə hazırlığı və əlavə təhsil kurslarının və peşəyönümü məsləhət xidmətlərinin, əmək yarmarkalarının və əmək birjalarının təşkili, “E-əmək birjası” portalının yaradılması, peşə standartlarının hazırlanması üçün 9,5 milyon manat ayrılması nəzərdə tutulur.

Haqqı ödənilən ictimai işlərin təşkilinə isə İşsizlikdən sığorta fondundan gələn il 2 milyon manat ayrılması planlaşdırılıb.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müddətli (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat yönəldilməsi də fondun 2020-ci il üçün büdcə layihəsinin xərclər istiqamətlərinə daxildir.

Gələn il DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, növbəti ildə yeni DOST mərkəzlərinin və 2 regional peşə tədrisi mərkəzinin yaradılması, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Dövlət Məşğulluq Xidmətinin saxlanması, elektron xidmətlərin genişləndirilməsi və s. işlərdə də İşsizlikdən sığorta fondu mühüm dəstək olacaq. Bu istiqamətlər üzrə fonddan 43 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135827

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930