Sabahdan Azərbaycanda istiliyin verilməsinə başlanacaq

14.11.2019 - 12:15

165dcd012a72af1“Azəristiliktəchizat” ASC 2019-2020-ci illərin payız-qış istilik mövsümünə tam hazırdır.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, plana uyğun olaraq, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanacaq.

“Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən artıq istilik sistemləri fəaliyyətlə başlayıb. Bu mövsümdə 600-ə yaxın qazanxana istifadə ediləcək. 3 850 yaşayış binası, 190 minə yaxın mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə obyekti və 1 600-ə yaxın digər sosial obyekt mövsümdə istiliklə təmin olunacaq”, – deyə İ. Mirzəliyev qeyd edib.

O həmçinin əlavə edib ki, artıq dünən axşamdan başlayaraq bir çox ərazilərdə sistemlərin qoşulmasına başlanılıb və minimal temperaturla fəaliyyət göstərir: “Bu gün də bu işlər davam etdiriləcək və sabah günorta saatlarından etibarən bütün sistem tam şəkildə fəaliyyətə başlayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930