Ağsuda ağac kəsən şəxs cəzalandırılıb

16.11.2019 - 14:17

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə  ETSN-in Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edillib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136618

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930