Yeni radio kanalı üçün müsabiqə başa çatdı – RƏSMİ

12.12.2019 - 18:03

Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatıb.

Bu barədə “Cümhuriyyət”ə MTRŞ-dən məlumat verilib. Bildirilib ki, müsabiqə çərçivəsində 5 iddiaçı Şuraya sənədlərini təqdim edib.

Sənədlərin qəbul olunması ardıcıllığı ilə həmin iddiaçıların adlarını təqdim edirik:
1) “Real Təhlil və İnformasiya Mərkəzi” MMC
2) “TV Media Azerbaijan” MMC
3) “Balans Studiyası” MMC
4) “İNS ÇM” MMC
5) “OMD Azerbaijan” MMC

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138609

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930