“Maddi dəstəyi həyat yoldaşım göstərəcək” – İşsiz qalan deputatlar nə ilə dolanacaq?

04.02.2020 - 16:29
VI çağırış Milli Məclisə seçkilərin keçirilməsinə 5 gün qalıb. Fevralın 9-da keçiriləcək seçkilərdə hazırda Milli Məclisdə təmsil olunan 31 deputat iştirak etməyəcək. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının
(YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.
VI çağırış Milli Məclisin tərkibində olmayacaq hazırki deputatların bir qisminin başqa iş yerləri var.
Bəs iş yerləri olmayan və seçkilərdə iştirak etməyəcək hazırkı deputatlar gələcəkdə hansı fəaliyyətlə məşğul olacaqlar? Onların qazanc yeri nə olacaq?
“Report” mövzunun aktuallığını nəzərə alaraq V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bundan sonrakı fəaliyyəti tədrislə bağlı olacaq:
“Gələcəkdə hansısa bir universitetdə və ya intstitutda tədrislə məşğul olacağam. Dolanışığımla bağlı məsələyə gəldikdə, əvvəlcə onu qeyd edim ki, hazırda pensiya alıram. Pensiyamla da dolanacam. Mən çox məvacib alan pensiyaçılardan deyiləm. Ancaq hesab edirəm ki, aldığım pensiya dolanışığımı təmin edəcək”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki, gələcəkdə partiya fəaliyyəti ilə məşğul olacaq:
“Biz neçə il dövlətdən maliyyə dəstəyi almadan fəaliyyət göstərmişik. Bundan sonra da bu cür olacaq. Bundan əlavə, təqaüdə çıxmağı da düşünürəm”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımov deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyasından (YAP) ona iş təklif olunsa, orada işləyəcək:
“Əgər partiya tərəfindən işlə bağlı mənə təklif olmasa, təqaüdə çıxıb həyatımı yaşayacağam. Mən hər zaman ölkə başçısının siyasətini dəstəkləmişəm və bundan sonra da belə olacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva hazırda istirahət etdiyini deyib:
“Gələcək fəaliyyətim barədə isə düşünməmişəm. Gəlir yerim də yoxdur. Mənə maddi dəstəyi həyat yoldaşım göstərəcək”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142381

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930