Rusiyanın Xalq artisti: “Ürəyim və sevgim hər zaman Azərbaycanladır”

04.02.2020 - 16:47

Mənim ürəyim və sevgim hər zaman Azərbaycanladır”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Oleq Tabakov adına teatrın bədii rəhbəri, tanınmış teatr və kino aktyoru, Rusiyanın Xalq artisti Vladimir Maşkov bildirib.

O, yaxın vaxtlarda Bakıya səfər edəcəyini söyləyib: “Çoxdandır Bakıda olmuram. Bakı gözəl və möhtəşəm şəhərdir. Hər zaman da belə olub. Bakıda çox dostlarım var. Məni tez-tez dəvət edirlər. Çox yaxın dostum, Bakıda doğulub böyüyən Timur Vaynşteyn məni hər zaman Bakıya dəvət edir. Ümid edirəm ki, tezliklə onunla birlikdə isti, möhtəşəm və mehriban Bakıya səfər edəcəyəm. Səbirsizliklə Bakıya səfərimi gözləyirəm”.

Maşkov Azərbaycanın böyük mədəniyyətə sahib olduğunu qeyd edib: “Son vaxtlar başım teatra, kinoya o qədər qarışıb ki, hər şeyi izləyə bilmirəm. Lakin əminəm ki, Azərbaycan mədəniyyəti inkişaf edir. Mediadan bildiyim qədəri ilə ölkənizdə teatr və kino inkişaf edib. Bütün bu inkişafı gözlərimlə canlı görməyə çox şad olacağam”.

Vladimir Maşkov son çəkildiyi “Odessa gəmisi” filmində görkəmli Azərbaycan musiqiçisi, bəstəkarı Polad Bülbüloğlunun ifasının səsləndirilməsinin təsadüfi olmadığını da vurğulayıb: “Mən Polad Bülbüloğlunun mahnıları ilə böyümüşəm. Atam və anam da onu çox sevirdilər. Oxuduğum ilk mahnılardan biri Polad Bülbüloğlunun “Doqonyu, doqonyu” mahnısı olub. Odur ki, mənim ürəyim və sevgim hər zaman Azərbaycanladır”.

1 / 2

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142383

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930