Azərbaycanda olan çinlilərlə ünsiyyət koronavirus təhlükəsi yaradırmı? – MÜSAHİBƏ

04.02.2020 - 17:32

Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun “Report”a müsahibəsi:

– Azərbaycanda koronavirus epidemiyası ilə bağlı vəziyyət necədir? Hər hansı şübhəli fakt qeydə alınıbmı?

– Ölkədə vəziyyət sabitdir, heç bir şübhəli hal yoxdur. Buna baxmayaraq koronavirusa qarşı profilaktik tədbirlər həyata keçirilir. Çindən gələn vətəndaşlarımız və əcnəbilər tibbi müşahidədə saxlanılırlar. Bir sözlə, bütün lazımi tədbirlər görülür.

– Virusdan qorunmaq üçün qoruyucu maskalardan istifadə nə qədər effektlidir?

– Qoruyucu maskalardan istifadənin üstünlüyü xəstə şəxsin başqasını virusa yoluxdurmaması, eyni zamanda onun sağlamlığını qoruması deməkdir. Yeni virus hava-damcı infeksiyasıdır. Deməli insan öskürəndə və ya asqıranda bu ifraz olunur. Ona görə tövsiyə olunur ki, qoruyucu maskalardan istifadə edilsin.

– Bir çox ölkədə hazırda qoruyucu maskalara təlabat artıb və qıtlıq yaranıb. Azərbaycanda bu sahədə vəziyyət necədir? Maska qıtlığı varmı?

– Bu gün üçün Azərbaycanda qoruyucu maska baxımından hər hansı qıtlıq müşahidə olunmur. Ölkədə kifayət qədər qoruyucu maska var. Hələlik təşviş yoxdur, ona görə də kütləvi şəkildə maska almaq halı mövcud deyil.

– Azərbaycanda yaşayan və işləyən Çin vətəndaşları ilə ünsiyyətin hər hansı riski varmı?

– Onlarla ünsiyyətin heç bir riski yoxdur. Əgər bizim vətəndaş koronavirusun sürətlə yayıldığı Çinin Uhan şəhərindən gəlibsə o daha risklidir, nəinki uzun müddətdir Çində olmayan və Azərbaycanda yaşayan şəxslər. Ona görə də Azərbaycanda olan çinlilərlə ünsiyyət heç bir təhlükə yaratmır.

– İnsanlar hansı halda həkimə müraciət etməlidir?

– İnsan səhhətində hər hansı problem yaranan kimi həkimə müraciət etməlidir. Hərarət qalxırsa və digər əlamətlər olsa, deməli bədəndə hansısa proseslər gedir. Həkim də həmin şəxsi düzgün istiqamətləndirəcək.

– Azərbaycanda koronavirus şübhəsi olan xəstələri aşkarlamaq üçün ölkəyə gətirilən testlərdən istifadə olunurmu?

– Həm müalicədə, həm profilaktikada, həm də diaqnostikada göstəriş olmalıdır ki, hansı halda hansı tədbirlər görülməlidir. Odur ki, bu sahədə bütün lazımi addımlar atılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142392

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930