Azərbaycan avtomobillərini ixrac edəcək ölkələrin adları açıqlandı

20.02.2020 - 17:03

“Azərbaycan Orta Asiya bazarlarına minik avtomobillərinin ixrac imkanlarını araşdırır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavinin sözlərinə görə, hazırda “Khazar” markalı minik avtomobillərinin Orta Asiya bazarlarına – Özbəkistan, Qazaxıstana ixracının həyata keçirilməsi üzərində ciddi iş aparılır: “Bununla yanaşı, “Khazar” markalı minik avtomobillərinin Rusiya, Ukrayna bazarlarına ixracı ilə bağlı da müzakirələr aparılır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda “Khazar”, “Peugeot”, “Renault” kimi avtomobil modelləri istehsal olunur.

“AzKron” MMC-nin illik istehsal gücü 10 min ədəd, o cümlədən 2 min ədəd ixrac üçün nəzərdə tutulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142906

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930