Koronavirus yayda yox olacaq? – ÜST-dən açıqlama

07.03.2020 - 12:48

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın sonlarından Çində ortaya çıxaraq artıq dünyada 100 minə yaxın insanda aşkarlanan “COVİD-19”la bağlı məyusedici məlumat yayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qurum virusun yayda öləcəyi ilə bağlı ehtimalları təkzib edərək insanları bu məlumata çox köklənməməyə çağırıb.

ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, belə bir ssenari əsl möcüzə olardı: “Bu virusun qrip kimi yayda yox olacağına dair məlumatlar sadəcə yalnış bir ümiddir. Amma ümid edirik ki, bu, baş verəcək, ancaq taleyin hədiyyəsi olacaq”.

Maykl Rayan qeyd edib ki, təşkilatın mütəxəssisləri belə bir fərziyə irəli sürə bilməzlər, çünki bu gün bunun baş verəcəyini güman etməyə heç bir əsas yoxdur: “Buna görə, virusla indi mübarizə aparmaq və onun öz-özünə keçəcəyinə ümid etməmək lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143680

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930