“Yalnızam, yalnız, 70 yaşında qadın da olsa, məni evləndirin” – 86 yaşlı kişi polislərə belə dedi
Türkiyənin Çorum şəhərinnin Baxçalıevlər məhəlləsində yalnız yaşayan 86 yaşlı kimi sərt karantin rejiminə görə polisin “Qaynar xətti”nə zəng edib, bitən dərmanlarını gətirmələrini xahiş edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 86 yaşlı kişi dərmanlarını gətirən polislərdən özəl xahiş də edib: “Məni evləndirin, yalnızam, yalnız. 70 yaşında bir qadınla da evləndirsəniz də, olar”.
Polislər isə “Cəlal əmi, evləndirmə işçinə biz baxmırıq, o söhbətə girməyək. Ancaq arada sizi ziyarət edər, ehtiyaclarını qarşılayarıq”, – deyə cavab veriblər.
Mia.az
Short URL: https://www.cumhuriyyet.net/?p=144535