“Aeroportda iki ailə və iki xəstə vətəndaşımız qalıb” – Azərbaycan səfiri

01.04.2020 - 13:26

“Koronavirus pandemiyasına görə martın 15-dən Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyyə prosesi başlayıb. Bunun üçün 8 aviareys təşkil edilib və 2201 vətəndaşımız, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qeyd etdiyi kateqoriyalar üzrə şəxslər Azərbayacana qayıdıb. Həmçinin Naxçıvana keçməklə vətənə qayıdanlar da olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.

O deyib ki, hazırda Türkiyədən Azərbaycana qayıtmaq istəyənlər yenə var, həmin şəxslər səfirliyə və İstanbuldakı konsulluğa müraciət edirlər:

“Bildiyiniz kimi, Türkiyə hökumətinin qərarı ilə xaricə aviareyslər dayandırıb. Hazırda Türkiyə hökuməti bir şəhərdən digərinə səfər etmək üçün üçün məhdudiyyətlər tətbiq edir və ancaq hökumətdən rəsmi icazə aldıqdan sonra səfər etməyə icazə verilir. Ona görə də bu vəziyyət Azərbaycan vətəndaşlarının qayıtması üçün məhdudiyyətlər yaradır”.

Onun sözlərinə görə, hazırda İstanbul Hava Limanında Azərbaycan vətəndaşları var:

“Əfsuslar olsun ki, bu günə qədər aeroportda iki ailə və iki xəstə vətəndaşımız da qalıb. Biz çalışırıq ki, onlara kömək edək. Baş Konsuluğumuz daim onlarla əlaqədədir. Əgər çarter reysi olsa ilk növbədə həmin vətəndaşlarımız və onlar kimi vəziyyətdə olan vətəndaşların Azərbaycana qayıtması təmin ediləcək.

Dediyim iki xəstə xanım bildirir ki, biz hava limanından kənara çıxsaq təkrar qayıtmağa icazə verilməyə bilər. Səfirlik onların ehtiyaclarının ödənməsi üçün ilk gündən əlində gələni edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144705

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930