İşdən kənarlaşdırılan icra başçısı haqqında SENSASİON FAKTLAR – FOTOLAR

11.07.2020 - 17:08

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

kONKRET.az xəbər verir ki, Sərəncamın heç mürəkkəbi qurumamış artıq sabiq başçı hesab olunan Arif Qasımov barəsində şok faktlar daxil olduArif Qasımovun vəzifədən azad edilməsinə AzTV-nin ötən gün Nizami rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı hazırladığı süjetin səbəb olduğu bildirilir. Belə ki, Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, Ətraf müühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını demək olar ki, özəlləşdirmişdi. Həmin parkın sakinlər üçün istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özü üçün restoran, çay evi və əyləncə mərkəzi tikdirib, istifadəyə vermişdi. Buda, əhalinin haqqlı naracılığına səbəb olmuşdu.Məhz Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsin və qanunsuz əməllərinin nəticəsidir ki, Nizami rayonu Bakının inkışaf baxımından ən geridə qalan rayonuna çevrilmişdi. Etibarlı məmbədən aldığımız məlumata görə Prezident Administrasiyasına paytaxt rayonları içərisindən ən çox şikayət gedən rayon olub. Vətəndaşları qəbul etmək, onların problemlərini dinləmək və onları həll etməkdən danışmaq belə mümkün deyil.Bütün fəaliyyəti ancaq pul qazanmaq, gəlirli obleyktlərə əl qoymaq olan sabiq icra başçısının bu işlərdə ən çox güvəndiyi şəxs Ramin Əhmədov adlı şəxs idi. Bu şəxs icra başçısının “qara kassa”sı hesab edilirdi.Süjetdə bildirilib ki, dövlətin həyata keçirdiyi sosialyönümlü layihələrin hər biri vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına hesablandığı halda bəzi şəxslər yalnız maddi qazanc haqqında fikirləşir. Maddi qazanc uğrunda görülən işləri, vətəndaşların haqlarını heçə belə saymaqdan çəkinmirlər.Qeyd olunub ki, bəzi hallarda acgözlük, artıq tamah bütün mənəvi dəyərləri üstələyir. Vətəndaşlar üçün salınan bu parkda ot örtüyünün üzərində hansısa qazanc məqsədli obyektin tikilməsini, yəqin ki, başqa cür izah etmək mümkün deyil. Vətəndaşlar da belə vəziyyətdən məmnun deyillər.Bu gün səhər saatlarında isə sakinlərin də narazılığına səbəb olan obyek sökülüb.

Bir müddət sonra isə Prezident İlham Əliyev rayonun icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Arif Qasımov bu posta 2015-ci ildə təyin olunmuşdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930