10 çayın üzərində su anbarları tikiləcək
Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə su probleminin həlli ilə bağlı keçirilən müşavirədən sonra əməli addımlar atılmağa başlanıb.
“AzPolitika.info” xəbər verir ki, bu gün dövlət başçısı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkənin aşağıdakı çaylarında su anbarları tikiləcək:
1. Əlicançay su anbarı
2. Qudiyalçay su anbarı
3. Vəlvələçay su anbarı
4. Qaraçay su anbarı
5. Qusarçay su anbarı
6. Ağsuçay su anbarı
7. Türyançay su anbarı
8. Yengicə su anbarı
9. Viləşçay su anbarı
10. Zəyəmçay su anbarı.
Short URL: https://www.cumhuriyyet.net/?p=151173