Balaca gimnastımız Mina Abbasova haqqında film təqdim edildi – VİDEO

30.07.2020 - 10:10

Azərbaycanı dünyanın müxtəlif beynəlxalq idman arenalarında layiqincə təmsil edən 10 yaşlı balaca gimnastımız Mina Abbasovanın uğurlu idman karyerasını əks etdirən sənədli film (azərbaycan və rus dillərində) artıq sosial şəbəkə izləyicilərinin ixtiyarına verilib.

Cumhuriyyet.net xəbər verir ki, filmdə Mina Abbasovanın 5 yaşından indiyə qədər iştirak etdiyi bədii gimnastika üzrə beynəlxalq turnirlərdən foto və videoları cəmlənib. Eyni zamanda çempionun öz dilindən qalibiyyət təəssüratları da geniş yer alıb.

Film üzərində peşəkar yaradıcı heyət (Telli Pənahqızı, Cavid İmamverdiyev, Samir Qulamov, Hikmət Şahverdizadə, Yusif Şəfiyev, Ömər Kutiyev, Teymur Abdullayev, Məhəmməd Məhəmmədov, Natiq Muxtarov, Razimə İsmayılova) işləyib.

Gənc rejissor Samir Qulamov bizimlə söhbətində bildirdi ki, film hazır olandan sonra​ təbii ki, balaca qəhrəmanımızın iştirakı ilə təqdimat mərasimini keçirməyi planlaşdırırdıq.

Lakin dünyanı cənginə alan pandemiya nəzərdə tutulan planlarımızı reallaşdırmağa imkan vermədi. İndi Mina Bakıda tətildə olsa da, çox təəssüf edirik ki, biz təqdimatı keçirə bilmədik. Bilirik ki, qəhrəmanımız sizi də məftun edəcək, fikirlərinizi bildirin… Bir daha Minaya uğurlar arzulayırıq” —​ deyə Samir Qulamov hamını rejissoru olduğu sənədli filmə baxmağa dəvət etdi.

Qeyd edək ki, Mina Vüsal qızı Abbasova​ 2010-cu ildə Bakı​ şəhərində anadan olub.

Hazırda Macarıstanın Budapeşt şəhərində gücləndirilmiş ingilis dili təmaüllü məktəbin 6-cı sinfinə keçib.

İdman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlayan Mina qısa vaxt ərzində “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülub. O, Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür.

İstedadlı idmançımız ilk illərdə iştirak etdiyi beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, 2018-ci ilin avqustundan​ Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış etməyə başlayıb.

Mina indiyə qədər dünyanın müxtəlif ölkələrində​ ​ — Azərbaycan, Macarıstan, Polşa, İtaliya, Rumınya, Almaniya, Sloveniya, Xorvatiya, Lüksenburq​ ve digər ölkələrdə 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.

Onun ən böyük arzusu isə doğma Azərbaycanı Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Ugur olsun, Mina!

Cumhuriyyet.net olaraq həmin filmi iki dildə sizə təqdim edirik.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151374

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930