Millimizin baş məşqçisi əməliyyat olundu

25.09.2020 - 16:13

Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti və stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov əməliyyat olunub.

Bu barədə “Report”a 74 yaşlı mütəxəssisin özü məlumat verib. Cəfərov ötən gün dişindən əməliyyat olunduğunu və hələ də ağrılar hiss etdiyini bildirib.

AAF rəsmisi dişinin alt hissəsində problem yaranması ilə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyulduğunu söyləyib. Cəfərov hazırda özünü yaxşı hiss etməməsi səbəbindən çox danışa bilmədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Hafiz Cəfərov 2000-ci ildə “Şöhrət” ordeninə, 2004-cü ildə “Tərəqqi” medalına, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154891

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930