Robinyo “Santos”a qayıtdı: Ayda 271 dollar maaş alacaq

11.10.2020 - 15:46

Türkiyə çempionu “Başakşehir”dən ayrılan futbolçu Robinyo Braziliya “Santos”una keçib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı hücumçu ilə 5 aylıq müqavilə bağlanılıb. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq.

Robinyo San-Paulu təmsilçisinin heyətində dördüncü dəfə çıxış edəcək. O, peşəkar karyerasına 2002-ci ildə məhz bu komandada başlayıb. Daha sonra “sambaçı” İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti”, İtaliyanın “Milan”, Çinin “Quançjou Everqrand”, Braziliyanın “Atletiko Mineyro” və Türkiyənin “Sivasspor” klublarında forma geyinib. “Mançester Siti” və “Milan”da oynadığı vaxt – 2010 və 2014-cü illərdə hücumçu “Santos”a icarəyə verilib.

Ötən mövsüm isə Robinyo “Başakşehir”in heyətində 25 oyuna çıxsa da, qol vura bilməyib. “Santos”la isə o, iki dəfə Braziliya çempionu, habelə, Libertadores Kubokunun qalibi olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031