Levandovskidən Bundesliqa rekordu

25.10.2020 - 15:18

“Bavariya”nın futbolçusu Robert Levandovski Bundesliqa üçün yeni rekord müəyyənləşdirib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna 5-ci turda “Ayntraxt”la matçda (5:0) nail olub. Görüşün 10, 26 və 60-cı dəqiqələrində fərqlənməklə het-trik edən polşalı oyunçu çempionatın ilk 5 turunda 10 qol vurmağı bacaran ilk futbolçu kimi rekorda imza atıb.

Bundan əlavə, Polşalı Bundesliqada 11-ci dəfə het-trik edib. O, belə nəticə ilə turnirin 4-cü oyunçusudur.

Qeyd edək ki, bu göstərici üzrə rekord Herd Müllerə məxsusdur.Klaus Fişer və Mario Qomesin aktivində isə 12 het-trik var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156589

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930