Ölkə onkoloqlarının yeni beynəlxalq uğuru – FOTO

29.07.2021 - 10:02

 

Ölkə onkoloqlarının yeni beynəlxalq uğuru - FOTO

Azərbaycanda tibbin ən mürəkkəb və məsuliyyətli sahələrindən biri olan onkologiyanın problemlərinin həllinə yönələn səylər dövlətimiz tərəfindən həmişə dəstəklənir.

Onkoloji xəstəliklərlə mübarizədə sahəsində çoxillik təcrübəyə malik olan Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalına onkoloji xəstəliklərin erkən diaqnostikası, profilaktikası və müalicəsi üçün hər cür şərait yaradılmışdır.

Mərkəz skrininq proqramlarının reallaşdırılması, əhaliyə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə yanaşı, dünyanın bir sıra nüfuzlu elmi- tədqiqat müəssisələri ilə uğurla əməkdaşlıq edir. Məqsəd nüfuzlu beynəlxalq xərçəng əleyhinə təşkilatlar, universitetlər və elmi-tədqiqat institutlarına üzvlük və onlarla ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək, kadr və təcrübə mübadiləsini həyata keçirməkdir.

2016-cı ildə Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlamışdır. Nüvə Təbabəti onkoloji, kardioloji, nevroloji və endokrinoloji xəstəliklərin xüsusi təyinatlı radiofarmasevtik dərman vasitələri ilə molekulyar və funksional görüntüləmə, həmçinin hədəfə yönəlmiş radionuklid müalicə aparmağa imkan verən və daim inkişaf edən tibbin klinik bir sahəsidir. Mərkəzdə quraşdırılan PET/KT – Pozitron Emissiya Tomoqrafiya cihazı bir sıra xəstəliklərin erkən diaqnostikasında uğurla tətbiq edilir. Bununla yanaşı, Nüvə Təbabəti Mərkəzi Türkiyə, İran və Rusiyanı qabaqlayaraq Avropa Nüvə Təbabəti Assossiasiyası tərəfindən təsis edilmiş “Research for Life – EARL” akkreditasiya proqramına daxil edilərək, dünyanın inkişaf etmiş 27 ölkəsinin mükəmməl PET-KT mərkəzləri sihayısına salınmış, regionda müasir protokollara cavab verən yeganə mərkəzə çevrilmişdir. EARL (Research for Life) akkreditasiyasından keçdiyi üçün Mərkəz ilə akkreditasiya olunmuş digər qurumlar arasında beynəlxalq səviyyədə standartlaşdırılmış elmi- tədqiqatlar aparmaq mümkün olur.

Nüvə Təbabəti Mərkəzinin əməkdaşları bu yaxınlarda sanballı beynəlxalq uğur qazanmışlar. Mərkəzin əməkdaşlarının akademik Cəmil Əliyevin rəhbərliyi altında işləyib hazırladıqları “Prostat vəzi xərçənginin erkən diaqnostikası və müalicə menecmenti” mövzusunda elmi araşdırma, dünyanın 15 ölkəsindən 18 ən prestijli klinik mərkəzin birgə icra etdiyi 1000-dən çox xəstə məlumatlarının daxil edildiyi randomizə olunmuş, prospektiv elmi- tədqiqatın nəticələri Amerika Nüvə Təbabəti Jurnalında (Journal of Nuclear Medicine) dərc olunmuşdur. Bu jurnal impakt faktor indeksinə görə (IF—10.057) dünyada mövcud tibbi görüntüləmə jurnalları arasında 3-cü, nüvə təbabəti sahəsində isə 1-ci yerdədir.

Bu günlərdə həmçinin İngiltərənin “University College London Hospitalı” və Milli Onkologiya Mərkəzi arasında bağlanmış əməkdaşlıq sazişinin nəticəsi olaraq tibb elmləri doktoru, professor Əziz Əliyev, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov, Elnur Mehdi və İradə Əlievanın həmmüəllifi olduqları “Hipofiz vəzi şişlərinin və neyroendokrin törəmələrin molekulyar diaqnostika və müalicə menecmenti” mövzusunda elmi tədqiqatın nəticələri Avropa Nüvə Təbabəti Cəmiyyətinin rəsmi jurnalında (“European Journal of Hybrid İmaging”) dərc olunmuşdur.

Bu böyük uğurlar ölkəmizdə tibb sahəsində aparılan genişmiqyaslı davamlı islahatların konkret nəticəsi, milli səhiyyə sisteminin sürətlə müasirləşməsi və dünyanın elmi-praktik nailiyyətlərinə inteqrasiyasının göstəricisidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165462

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031