Şəkidə 800 manatlıq viski oğurlayan şəxs saxlanılıb – FOTO

21.08.2021 - 15:16
Şəkidə 800 manatlıq viski oğurlayan şəxs saxlanılıb - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən böyük marketlərin birindən 815 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynbala Əhmədov saxlanılıb.
Araşdırma zamanı onun müştəri qismində bir neçə dəfə mağazaya daxil olduğu və bahalı spirtli içkiləri geyimində gizlədərək oradan uzaqlaşdığı məlum olub. H.Əhmədov ifadəsində əməlini etiraf edib və viskiləri oğurladıqdan sonra içdiyini bildirib.
Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166229

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930