Bakıda avtobusda koronavirus xəstəsi aşkarlandı

06.09.2021 - 17:39

 

Bakıda avtobusda koronavirus xəstəsi aşkarlandı

 

Binəqədrayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərasidə profilaktik tədbir keçirilən zaman bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər. Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb. Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib.

Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166560

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930