Bu onkoloji xəstələrə vaksin qadağandır – RƏSMİ

04.02.2022 - 12:17

“Milli Onkologiya Mərkəzində müasir protokollar (Avropa, Amerika protokolları) əsasında iş qurulub. Buna görə də xəstənin diaqnozu təsdiqləndikdən sonra onkoloji konsilium keçirilir. Bu, müəyyən bir xəstənin müalicəsi üçün optimal taktika və strategiyanın hazırlanması məqsədilə keçirilən üç həkimin (cərrah, kimyaterapevt, radioloq) konsiliumudur. Bütün onkoloji xəstələrdə həmin həkimlərin rəyləri mütləqdir”.

 

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli bildirib.

 

Onun sözlərinə görə, bu,  həmçinin də digər tibb müəssisələrində belədir:

 

“Digər tibb müəssisələrində hər hansı bir müayinə vaxtı xəstənin hansısa bir orqanında şübhəli proses getdiyi aşkarlanır, yəni şişə şübhəsi varsa, ya onlar özləri yoxlayırlar, ya da bizim mərkəzə yönləndirirlər. Bizə göndərdikdə onları tam yoxlayırıq histologiyasına qədər təsdiqləndikdən sonra xəstələri mərkəzdə müalicələrə cəlb edirik. Dünyada ən vacib proqramlardan hesab olunan skrinninq proqramına uyğun olaraq, onkoloji xəstələrdə tibbi müayinələr aparılır. Burada söhbət profilaktik baxışdan və xəstələrin vaxtında aşkarlanmasından gedir.

İnanın mənə, xərçəng sözündən qorxmaq lazım deyil, çünki xərçəng erkən mərhələdə aşkar ediləndə müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram. Xərçəng elə bir xəstəlikdir ki, ondan heç kəs sığortalanmayıb. İnsanlarda belə bir rəy formalaşıb ki, guya onkologiya diaqnozu həyatın sonu deməkdir. Əslində isə bu diaqnozla bir neçə on il yaşayan insanlar var və onların sayı az deyil. Bu xəstəlikdən qorunmaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, insanlar ancaq bu xəstəlik şiddətlənəndə və III-IV mərhələyə keçəndə ondan xəbər tuturlar”.

 

A.Kərimli bildirib ki, yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən qorxur, ancaq onkologiyadan da təhlükəli xəstəliklər var:

 

“Bütün dünyada hazırda koronavirus tüğyan edir, o cümlədən də bizim respublikamızda. Hazırda bütün dünya peyvənd olunur. Ölkəmizdə aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir. Təəssüf ki, bəzən sosial şəbəkələrdə “ekspertlər”in səsləndirdiyi əsassız fikirlər insanları çaşdırır. Hesab edirəm ki, vətəndaşlar rəsmi səhiyyə qurumlarının təmsil edən ekspertlərinin tövsiyələrinə əməl etməlidirlər. Sürətlə yayılan virusdan qurtulmaq istəyiriksə, vaksinasiya prosesində aktiv iştirak etməliyik”.

 

Həkim vurğulayıb ki, yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz:

 

“Həmçinin kimyaterapiya müalicəsi alan, ya da hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur. Müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=170127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930