Tender kralının qanunsuz əməlləri-Qanuni tədbir görülür?

17.03.2024 - 12:39

Azərbaycanda 4-dən artıq şirkətin sahibi olan iş adamı məşhur iranlı mühəndisə görə 15 min manat cərimələnib.

Məlumata görə, “DADAŞ-N” MMC-nin qanuni təmsilçisi və baş direktoru Dadaşov Nəsimi Cəfər oğlu Ağdam Sənaye Parkında özünə məxsus olan iplik və xalça fabriki inşaa etdirir.

844

İş adamı ölkəmizdə iş icazəsi olmayan İran İslam Respublikasının vətəndaşı Nikrouz Forouzandehi həmin fabrikinin memarı və layihə rəhbəri kimi çalışdırıb.

1710584192 fbf2a85fe2b751baa8307809ffc5cc1d1 jpg

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən şirkətin sahibinə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nəsimi Dadaşov İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib və 15.000 manat məbləğində cərimə edilib.

1710584193 c4b3057ebfc15162ff9596b836d539362 jpg

Nikrouz Forouzandeh 

Qeyd edək ki, 2018-2022-ci illər ərzində Nikrouz Forouzandeh Bakı Mühəndislik Universitetinin (BMU) İnşaat mühəndisliyi kafedrasının baş müəllimi kimi çalışıb. 2021-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil edilmiş “Qədim Qarabağın yenilənən siması” müsabiqəsində Ağdam rayonun Sancalı kəndinin memarlıq planlaşdırma həlli layihəsinin hazırlanmasına görə diplomla təltif olunub. 2023-ci ildən sonra mühəndisin iş icazəsi bitdiyindən “DADAŞ-N” MMC şirkəti tərəfindən işlərə cəlb edilib.

1710584193 1cd421e16d914a2ccaaa69e9f10866043 jpg

Nəsimi Dadaşov

Xatırladaq ki, Dadaşov Nəsimi Cəfər oğlu bir sıra dövlət qurumlarının təşkil etdiyi tenderlərin qalibi olub. 2016-cı ildə Nəsimi Dadaşovun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb:

“BARAMA-N” MMC

Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, B.ABBASOV ev.55 m.

Nizamnamə kapitalı: 500 manat.

Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.

Dövlət qeydiyyatına alındığı tarix: 21 Noyabr 2016

“SASAR İSTEHSAL MALLARI” MMC

Hüquqi ünvanı: AZ3628, QƏBƏLƏ RAYONU, VƏNDAM.

Nizamnamə kapitalı: 500 manat.

Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.

Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016.

“NƏSİMİ 1965” MMC

Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, B.ABBASOV ev 55.

Nizamnamə kapitalı: 10 manat.

Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.

Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016

“SARAR İSTEHSAL MALLARI” MMC

Hüquqi ünvanı: AZ3628, QƏBƏLƏ RAYONU, VƏNDAM.

Nizamnamə kapitalı: 500 manat.

Qanuni təmsilçi: DADAŞOV NƏSİMİ CƏFƏR OĞLU.

Dövlət qeydiyyatına alındığı tarix: 25 Oktyabr 2016. ( Xalq.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199418

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930