İş adamı ilə Ədliyyə Nazirliyi arasında 3 milyonluq kredit mübahisəsi…

27.03.2024 - 11:25
“Tovuz Baltiya” MMC-nin sahibi Naiq Məmmədhəsənovla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi arasında qalmaqal yaşanır.  Qaynarinfo-ya daxil olan məlumata görə, Naiq Məmmədhəsənov sözügedən Mərkəzin verdiyi rəylə razılaşmır. Bu baxımdan, qurumu məhkəməyə verib.  Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Orxan Həsənov iş üzrə hakim təyin edilib.
İşin detallarına gəlincə, Naiq Məmmədhəsənovun bir neçə bankla problemli var. Xüsusilə, ləğv prosesində olan “Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə iş adamı arasında bir müddətdir ki, kredit müqaviləsinə dair qalmaqal yaşanır. İş adamı kredit borcunu bağlasa da, girovun azad edilməsi baş tutmayıb.  Bu barədə mediada “Tovuz Baltiya” MMC-nin direktoru Rafik Tağıyevin müraciətləri dərc edilib. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylər məhkəmə tərəfindən qəbul edilməyib.
Əldə etdiyimiz məlumata görə, sonradan Mərkəz əvvəlki rəylərinin əksinə rəy verib. Bu isə iş adamının məhkəməyə müraciət etməsinə səbəb olub.  Məlumat üçün deyək ki, iş adamı “Zaminbank” ASC-dən 3 milyon manat kredit götürüb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=199543

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930