Rusiya Duması Mixail Mişustini Baş Nazir vəzifəsinə təsdiqləyib

16.01.2020 - 16:31

Bu gün Rusiya Dövlət Dumasının plenar iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, plenar iclasda Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Rusiyanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqda məsələ müzakirəyə çıxarılıb.

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin plenar iclası açıq elan etdikdən sonra Rusiya Prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx çıxış edib.

O, prezident tərəfindən namizədliyi irəli sürülən M. Mişustinin fəaliyyəti barədə danışıb və Dumanın deputatlarından onun Baş Nazir vəzifəsinə seçilməsi üçün icazə verilməsini xahiş edib.

İclasda M. Mişustin də çıxış edib. O, göstərdiyi yüksək etimada görə Rusiya Prezidentİ Vladimir Putinə təşəkkürünü bildirib. M. Mişustin yeni hökumətin rəhbəri vəzifəsində dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi barədə görəcəyi işlərdən danışıb, yeni hökumətin prioritet istiqamətlərini açıqlayıb.

Mişustin deputatların suallarını cavablandırıb.

Sonda səsvermə keçirilib. 

Duma M. Mişustini Baş Nazir vəzifəsinə təsdiqləyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=140959

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930