Ermənistan Futbol Federasiyasının sabiq prezidenti saxlanılıb

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb. O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkil bunun əsassız şəkildə edildiyini vurğulayıb. Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.

Bakıda idarə etdiyi motosikleti ağaca çırpan DYP əməkdaşı ölüb

Bakıda motosiklet qəzasında ölən şəxsin polis əməkdaşı olduğu məlum olub. APA-nın əldə etdiyi məlumata görə, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub. Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib. Qeyd […]

Dövlət Turizm Agentliyinin sədrindən turizm ictimaiyyətinə müraciət

Ölkəmiz bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək. Bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir”. “Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm ictimaiyyətinə müraciətində bildirib. […]

Bakıda intiharın qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-dən APA-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə […]

Süleymaninin dostu olan general da öldürüldü

İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) komandirlərindən biri, general Asgar Paşapor öldürülüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə İran dövlət televiziyasının saytı “iribnews” məlumat yayıb. Məlumata görə, Paşapor ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə baş verən atışma zamanı qətlə yetirilib. Bildirilir ki, o, yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri […]

Əfqanıstanda 18 ABŞ generalı öldürüldü – İDDİA

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub. “Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Təyyarəni “Taliban” silahlıları vurub. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları […]

Çavuşoğlu Türkiyə və Azərbaycan vətəndaşlarının təxliyəsinə görə Çinə təşəkkür edib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusdan ölənlərin yaxınlarına və Çin xalqına başsağlığı verib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Türkiyə koronavirusun qeydə alındığı Uhan şəhərinə tibbi ləvazimatlar yola salan ölkələrdən biridir. “Türkiyəyə səfər edən Çin vətəndaşlarının təhlükəsiz şəraitdə ölkələrinə qayıtmaları üçün birlikdə əməkdaşlıq edəcəyik və müvafiq addımlar atılacaq. Eyni zamanda […]

Azərbaycan 63-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb – Dünya ordularının reytinqi

Dünya ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb. Siyahını “Global Fire Power” araşdırma şirkəti hazırlayıb. “2020: hərbi güc reytinqi” adlı sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı […]

1 MİLYONU MƏNİMSƏYİB, GECƏ KLUBLARINDA DAĞITDI – Bakıda generalın 22 yaşlı qohumunun şok dələduzluğu

Bakıda 22 yaşlı gənc 11 nəfərin ümumilikdə 1.3 milyon manat pulunu mənimsəyib. Bu barədə zərərçəkmişlərdən birinin yaxını “AzPolitika”ya danışıb. 22 yaşlı Sabir Azərbaycan hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan generalın eyni soyadlı çox yaxın qohumudur. Əmisi isə uzun illərdən bəri ölkənin əsas giriş qapılarından birində gömrük inspektoru vəzifəsində işləyir. Məlumata görə, məhz bu qohumluqlara görə ətrafının etibarından sui-istifadə edən Sabir […]

Sərhədçilər batmaq təhlükəsi ilə üzləşən qayığı xilas ediblər

  Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­bir­lərinin həyata keçirilməsi davam etdirilir. DSX-dan  verilən məlumata görə, fevralın 3-də sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamə­tində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsə­bəsindən 8,1 mil məsafədə 2 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829