Nəcməddin Sadıkov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşüb. APA-nın Moskva müxbirinin xəbərinə görə, N. Sadıkov rusiyalı həmkarı ilə beynəlxalq və regional təhlükəsizlik problemlərini, eləcə də Xəzər dənizində müdafiə nazirliklərinin əməkdaşlığı daxil olmaqla iki ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığa […]

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident,  Əziz Qardaşım, Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara […]

Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Hacı Zeynalabidin Tağıyev adına Toxuculuq Kombinatının Mədəniyyət Evində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan BAXCP sədri Qüdrət Həsənquliyevin müavini və vəkili Elçin Mirzəbəyli seçki kampaniyası ərzində ev-ev, məhəllə-məhəllə gəzərək seçicilərlə […]

Nazirlik: Pensiyalar 16,6 faiz artırılıb

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında”  6 fevral 2020-ci il tarixli Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6  faiz artırılır.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən […]

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında  sərəncam imzalayıb. APA xəbər verir ki, sərəncama əsasən,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə  Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun […]

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş verən qar uçqunu və sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar bu ölkəyə başsağlığı verib. APA-nın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində qeyd edib. “Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı […]

Isgəndər Həmidovun SON DURUMU

«İsgəndər Həmidovun vəziyyəti stabil-ağır olaraq qalır. Maliyyə sıxıntıları ilə əlaqədar ailəsi xəstəxananı dəyişdi». Bunu fevralın 6-da azadliq.org-a tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, İ. Həmidov reanimasiya şöbəsinə yerləşdirilib. «İ.Həmidov əvvəl «City Hospital»a gətirildi, ilkin yardım olunaraq süni nəfəs verildi. Mərkəzi Klinik Xəstəxananın (MKX) Reanimasiya şöbəsində imkanlar daha geniş olduğu üçün xəstə […]

UEFA Renat Dadaşovun vətəndaşlığı ilə bağlı yanlışlığı aradan qaldırıb

İngiltərənin “Vulverhempton” klubunun Avropa Liqası üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində yer alan Renat Dadaşovun vətəndaşlığı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu öncə almaniyalı kimi göstərilib. Bu, onunla ehtimal olunurdu ki, hücumçu Almaniyada doğulub və bu ölkənin aşağı yaş qruplarından ibarət millilərində oynayıb. Apasport.az saytı həm UEFA, həm AFFA ilə əlaqə saxlayıb məsələnin […]

“Şahdəniz”də qaz hasilatı ötən il 46% artıb

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 mln. ton (28,6 mln. barel) kondensat hasil edilib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 46% və 40% çoxdur.  BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına dair dərc etdiyi hesabatda qeyd olunub […]

125 saylı seçki dairəsinin əksər seçicilərinə bildiriş paylanılmayıb

Növbədənkənar parlament seçkilərində səsvermə günü yaxınlaşdıqca maraqlı hadisələr baş verir. Yenicag.az xəbər verir ki, bəzi dairələrdə namizədlərin bir qismi güclü rəqiblərinin lehinə seçkidən uzaqlaşdıqlarını bəyan edir, bəzi dairələrdə mübarizə daha da qızışır. Elə qanun pozuntuları da daha çox gərgin mübarizənin getdiyi dairələrdə müşahidə olunur. Son günlər qanun pozuntuları ilə bağlı yayılan məlumatların da sayı xeyli […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829