Pensiyaların artırılması barədə rəsmi açıqlama

“Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bunun birbaşa əməhaqqı bazarından asılı olduğunu bildirib: “Əməkhaqları tam leqallaşmalı və burdan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir”.

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırılıb

İsmayıllı rayonu “Günəş Park” restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə […]

Cahangir Əsgərovun gəlirləri hara xərclədiyi məlum oldu – Bu, bir imperiyadır…

cagXəbər verdiyimiz kimi, dünən keçirilən müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid etdi.  Cumhuriyyet.az “Yeni Sabah”a istinadən ki, prezident AZAL-ın bütün təyyarələrinin dövlət tərəfindən alındığını qeyd edib. “Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək […]

Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir

Livanın paytaxtı Beyrutda küçələrinə çıxan nümayişçilərdən bir qrupunun polis səddini aşaraq parlament binasına soxulmağa çalışmasından sonra hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə edib. “Report” xəbər verir ki, bu barədə “MİR 24” telekanalı məlumat yayıb. Məlumata görə, toqquşma nəticəsində hər iki tərəfdən yaralananlar var. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılır. Nümayişçilər polis sıralarına hücum […]

Türkiyədə karantin yenidən bərpa edildi

Türkiyənin 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən tətbiq edilməyə başlayıb. AZXEBER.COM Türkiye metbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb. “Cümə günü saat 09:30 etibarilə 32 şəhərimiz, 4 qəsəbə, 37 kənd, 39 məhəllə və 3 yaşayış məntəqəsi olmaqla toplam 83 ərazidə karantin rejimi tətbiq edilməyə başlayıb. Karantinin tətbiq edildiyi yerlərdə ümumilikdə 54 […]

Cənubi Koreya prezidentinin 6 müşaviri istefa vermək istəyir

Koreya Respublikası Prezidentinin aparat rəhbəri Mun Çje İn, eləcə də dövlət başçısının 5 müşaviri vəzifələrindən ayrılmaq istədiklərini açıqlayıb. “Report” TASS-a istinadla xəbər verir ki, bu barədə “Yonhap” agentliyi rəsmilər arasındakı mənbəyə istinadən məlumat yayıb. İstefa vermək qərarına gələn məmurlar arasında prezident administrasiyasının rəhbərindən əlavə, dövlət və vətəndaş siyasəti, ictimaiyyətlə əlaqələr, kadr siyasəti, eləcə də vətəndaş cəmiyyəti […]

Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA

“Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər”. Bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus […]

Məhbus şər-böhtana məruz qaldığını bildirir

15 saylı Xüsusi Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbus Rafət Nərimanov mediaya ünvanladığı, Mustaqil.az saytında dərc olunan məktubunda şər-böhtana məruz qalaraq həbs olunduğunu bildirib. Rafət Alış oğlu Nərimanov 1969-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində doğulub. Orta məktəbi bitirəndən sonra Əfqanıstanda sovet qoşunları tərkibində hərbi xidmət keçib. 1996-cı ildə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya […]

Onlarla milyarder yetişdirən Azərbaycan kəndi – Burada kasıb adam yaşamır

Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada ölkəmizin əyalətlərindən, həmin əyalətlərin yaranma tarixindən, oturuşmuş ənənələrindən, tanınmış şəxsiyyətlərindən bəhs olunacaq. Haqqında bəhs edəcəyimiz ilk məkan – əsasən yəhudi mənşəli soydaşlarımızın kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsi barədə olacaq. Bakıxanovun dəstəyi ilə Qubaya toplaşan yəhudilər Qırmızı Qəsəbə Quba rayonu ərazisində, Qusara gedən yolun üzərində yerləşir. Bura […]

Dünyada COVID-19-a yoluxanların sayı 19 milyonu ötdü

Dünyada koronavirus xəstələrinin ümumi sayı 19 milyonu ötüb. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Conc Hopkins Universiteti məlumat yayıb. Qeyd edilir ki, ABŞ yoluxma sayında liderliyini saxlayır. Birləşmiş Ştatlarda COVID-19-a demək olar 4,9 milyon yoluxma qeydə alınıb. Pandemiya ərzində dünyada təxminən 712,5 min insan təhlükəli infeksiyadan ölüb. Onlardan 160 mindən çox ABŞ-ın payına düşür.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31