İranda yeni etiraz dalğası:rejim 2019-adək duruş gətirəcəkmi? – Təhlil

01.07.2018 - 22:01

İranda etiraz nümayişləri ikinci dalğa kimi dayanıqlı şəkildə media şüuruna daxil olur. Dəqiqləşdirək ki, etirazların təzahürü yarım il əvvəlki tam alovlanmadan sonra tamamilə sönməyib. İran İslam Respublikası bu dəfə yenidən kütləvi etirazlara düçar olub. Altı ayın hamısında hərdənbir cüzi çıxışlar müşahidə olunub.
Bu gün “Investor’s Business Day” nəşrinin redaksiya məqaləsi “İranda etirazlar və Trampın sanksiyaları – bunlar İranda yeni inqilaba səbəb olacaqmı?” başlığıyla çıxıb. Müəllif İranda otuz il qabakı hadisələri yada salır: o zaman şah rejiminin laxlaması da etirazların dalğavari prosesi vasitəsilə həyata keçirilib. Müəllif qeyd edir ki, Tehranda “Böyük Bazar” deyilən Mərkəzi Bazar otuz il əvvəlki kimi olayların ortasına düşüb. Tacirlərin tətili ayətullah rejimi üçün pis xəbər və pis əlamətdir: əvvəlki inqilabın gedişində gərgin olayların çoxu məhz Mərkəzi Bazarda və çevrəsində baş verib.
Dükançıların tətili inflyasiyadan narazılıqdan daha böyük hadisədir. Bu, rejimə son xəbərdarlıqdır: bazardakı kiçik satış nöqtələrinin sahibləri heç də inqilabi köklənmiş azad düşüncəlilər deyil, hətta sakitlik və sab itlik zəmanətində maraqlıdırlar.
Sezdiyiniz kimi, Tehran dükançıları küçələrə “Fələstinə ölüm”, ya da “Suriyaya ölüm” şüarıyla çıxmayıblar. Lakin yazın başından bəri İran rialının iki dəfədən çox ucuzlaşması və durumun yaxşılaşmasına ümidin itməsi hakimiyyətin dəyişilməsi yolunda yol işarəsi kimi rejimə loyal vətəndaşların da şüuruna daxil olur.
“İnqilab keşikçiləri”nin keçmiş başçısı, indi isə Ali liderin nüfuzlu müşaviri, general Yəhya Rəhim Səfəvi ifşa ilə çıxış edib: guya etirazların arxasında ABŞ, Səudiyyə Ərəbistanı və İsraildən ibarət “şeytan üçbucağı” durur. Onun şefi ayətullah Əli Xamenei etirazçıların ünvanına hədəylə çıxış edib. Əslində, rejim hələlik repressiv potensialın cüzi qismindən də istifadə etməyib. Amma çıxışlar məhz sırf spontan, xəlqi xarakter daşıdığına görə hakimiyyət nümayişlərə zor basqısının əks reaksiyasıyla üzləşə bilər.
Rəhim Səfəvi və ayətullah Xameneinin ifadəsi katalizator kimi narazılar kütləsinə artıq təsir edib. Yarımil qabaq və indi antihökumət çıxışı iştirakçılarının çoxu heç də Qərbyönlü “dissidentlər” deyil, rejimə nifrətdən alışan, hökumətin qarət etdiyi və İran sisteminin təkamülünüə ümidini itirmiş adamlardır. Hətta yarım il qabaq iğtişaşlarda prezident Ruhanidə liberalı və İran Qorbaçovunu görən radikal şiələr rol oynayırdılar. Tehranda indiki kütlə daha müxtəlif cinslidir, amma nümayişçilər içində liberal dəyərlər tərəfdarlarının faizi hələlik böyük deyil.
Sezmək çətin olmadığı kimi, Qərbyönlü liberallar “Qanlı Suriya rejiminə yardım dayansın” və ya “Pulu Qəzzadakı terrorçulara deyil, təhsilə” deyə ritm tutardılar. Cümlənin əvvəlində isə “ölüm” sözü durarkən onda qorxunc “Amerikaya ölüm”, yaxud “Rusiyaya ölüm”, ya da “İsrailə ölüm” bağırtısında elə həmin İran vətəndaşlarında seyr etdiyimiz mental durumu görürük.
1979-cu il inqilabına oxşarlıq hərtərəfli dəqiq ola bilməz, amma hadisələrin bəzi əlamətləri nəzərdən keçirilməyə layiqdir. Hər şeydən əvvəl söhbət saray çevrilişindən deyil, mərkəzdə və yerlərdə professional şəkildə möhkəmlənmiş rejimin saxlanmasında maliyyəcə maraqlı olan yuxarıdan idarəçilikdən gedir.
Mossadın yetmişinci illərin ortaları və sonunda Tehranda işləmiş bir əməkdaşı öz memuarlarında etiraf edib ki, İran vətəndaşı olsaydı, etirazçılara qoşulardı. Lovğa və ölkə vətəndaşlarına təkəbbürlü rəhbərlik indiki kimi özünü çəpərlənmiş və toxunulmaz hiss edirdi. Şaha qarşı inqilab da narazı kütlələrin iqtisadi və sosial islahatlar ümidiylə çıxışı idi. O zaman heç kim şübhələnməzdi ki, antihökumət çıxışlarının son məhsulu ayətullah Xomeyninin repressiv rejiminin hökmranlığı olacaq. İndi baş verənlərlə analogiyanın burada yeri var: radikal islamçı şiələrin, uzaq səfər sürücülərinin, yaxud narazı dükançıların yamadığı küçə çıxışları son nəticədə şiəçi islam paradiqmasının millətçi fars paradiqmasıyla əvəzlənməsinə gətirib çıxara bilər. Bu cür dönüş hicabdan və dövlət məcburiyyətinin digər atributlarından ayrılmağı ehtiva edə bilər, amma, orada indi “Qərb dəyərləri”nə tələsik üz tutmaq ehtimalı azdır. Çox ehtimal ki, şahın taxta çıxarılması, ya da bunun transformasiya olunmuş hansısa variasiyası. Yəni xarici siyasətdə Vaşinqtona istiqamətlənmə və Moskva ilə konstruktiv münasibətlər, amma idarəçiliyin avtoritar təməlindən imtina etmədən.
Oxuculardan kimsə qıyıq gözlərin şəkkini təsvir edər və mənə məkrli sual verər: doğrudanmı, mən o qədər sadəlövhəm ki, Tehran rejiminin yırğalanmasında Vaşinqton və Qüdsün (mətndə bu cürdür-red.) əlini görməyim? Cavab sadədir: Amerika sanksiyalarının təzələnməsi və sərtləşdirilməsilə, habelə Tramp və Netanyahunun ritorikasıyla İrandakı nümayişlər arasında birbaşa bağlılıq var. Prezident Tramp İranda birbaşa yeni iqtisadi çöküşə şərait yaradıb, İsrail baş naziri isə İran xalqına birbaşa müraciətlərində oradakı ağıllara xeyli təsir edə bilib. Yanlış olan isə bu iddiadır ki, guya “texnologiyaları” kiminsə maliyyələşdirdiyi bir yığın fitnəkar hərəkətə gətirir. Qarşımızda, həqiqətən, digərlərindən savayı, Trampın sərt addımlarının və Netanyahunun ustasayaq natiqliyinin doğurduğu səmimi xalq çıxışlarıdır.
Özünüz fikir yürüdün: İsrail baş naziri gerilik və quduzluğun simvolu olan ayətullah rejiminin ünvanına adi ittihamlar əvəzinə iranlıların ABŞ-da və Qərbdəki əzəmətli intellektual uğurlarından danışmağa başlayıb, sonra isə soruşub: bu istedadlar niyə İranda özlərini heç cür göstərə bilmirlər? Və cavab verib: çünki onların hökuməti öz istedadlı adamlarını şövqləndirmək əvəzinə pulu hərbi macəralara və xaricdə terrorçulara dəstəyə xərcləyir.
Sonra isə su resurslarının tükəndiyi və İran üçün həyati önəmli suyu şirinləşdirməkdə İsrail texnologiyaları haqda danışıb.
Yada salaq ki, 2009-cu ildə İranda “yaşıl inqilab” qələbəyə artıq yaxın idi, amma ABŞ-ın o zamankı prezidenti Barak Obama rejimə nümayikaranə və təntənəli şəkildə dəstək verməklə nümayişçiləri dəstəkləmədi. O zaman məhz bu, etiraz edən İran vətəndaşlarını ruhdan saldı. ABŞ-ın indiki prezidenti mahiyyətcə özgə siyasət yürüdür. Onun müşaviri Con Bolton deyib ki, İranda rejimin dəyişilməsi bu ilin axırına qədər baş verəcək. Buna şübhə etməyi təklif edirəm. Amma, bax, ayətullahların 2020-ci ilə doğru, çətin ki, hakimiyyətdə duruş gətirmək şansları olsun.
Bəs burada Rusiya haradadır? O, İranın Suriyada ona və prezident Əsədə gərəksiz iştirakından qurtulur. Habelə neft qiymətlərinin yüksəlməsilə bağlı qəm çəkmir…
Avigdor Eskin, regnum.ru, 29.06.2018
Tərcümə Strateq.az-ındır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=120996

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930