“Türkiyə ilə Sudan birləşəcək və…” – Ərdoğanın 40 illik dostundan sensasion bəyanat

01.07.2018 - 23:09

“Sudan ilə Türkiyə birləşəcək və tək bir ölkə olacaq. Bu ölkənin adını da “Türkdan” qoyacağıq. Birinci paytaxtı İstanbul, ikinci paytaxtı Xartum olacaq. Bizə isə Ərdoğan liderlik edəcək”. Publika.az xəbər verir ki, bu sözləri sudanlı araşdırmaçı, yazar və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 40 illik dostu Fateh Əli Həsəneyn deyib.
Yeni Türkiyə ilə yeni bir əsrin başlandığını söyləyən Fateh Əli bu uğurun sadəcə Ərdoğana deyil, bütün İslam coğrafiyasına aid olduğunu bildirib. Onun sözlərinə görə, İslam aləmini ayağa qaldıracaq və bir dam altında toplayacaq insan da məhz Ərdoğandır: “Hər hansı bir təşkilatlanma olmadan minlərlə avtomobil küçələrə çıxdı. İnsanlar bir anda meydanı doldurdu. Əllərində türk və Sudan bayrağı daşıyanlar Türkiyəyə sevgilərini hayqırdılar. Ərdoğan İslam aləminin ümidi və lideridir. Dünyada hürriyyət, ədalət və bərabərlik istəyən bütün müsəlmanlar onun bayrağı altında toplanacaq. ABŞ və Avropa müsəlman qaçqınların həyatını çətinləşdirmək üçün yeni qərarlar qəbul edir. Onlar müsəlmanı vətəndaş olaraq yox, kölə olaraq görürlər. Əxlaqi, dini, adəti, şəxsiyyəti olmayan fərdlər istəyirlər. Ancaq Türkiyə bu günə qədər milyonlarla insana qapısını açdı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121008

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930