İranın 6 aya ehtiyacı var – ŞOK İDDİA

07.06.2019 - 09:49

6 ay sonra İran nüvə silahına malik ola bilər. Musavat.com-un məlumatına görə, BMT-nin nüvə silahı ilə bağlı qurumunun keçmiş sədr müavini Olli Heinonen İsrail radiosuna verdiyi müsahibədə bu məsələ ilə bağlı müəyyən məqamlara toxunub.
O, bildirib ki, İsrail və Körfəz ölkələrinin narahat olması üçün ciddi səbəb var. Onun sözlərinə görə, İran nüvə silahı üçün gərəkən uranın zənginləşdirilməsinə nail olub, sadəcə, İran tərəfi həmin maddədən istifadə etməklə nüvə silahı yaratmayıb. Amerikalı mütəxəssis dünya gücləri ilə İran arasında bağlanmış nüvə anlaşmasına qarşı çıxanlar sırasındadır və bu anlaşmanın təşəbbüskarı olan prezident Barak Obama administrasiyasına müxalif mövqeyi ilə seçilir.
Olli Heinonen deyir ki, onun şəxsi hesablamasına görə, İran ciddi səy göstərsə nüvə silahının yaradılması üçün gərəkən həcimdə zənginləşdirilmiş uran əldə edə bilər. Bu iş görmək üçün İran tərəfinə 6-8 ay vaxt lazımdır.
BMT-nin keçmiş rəsmisi Tramp administrasiyasını da tənqid edib. 2018-ci ilin mayında ABŞ-ın birtəfli qaydada nüvə anlaşmasından imtina etməsini və rəsmi Tehrana qarşı kəskin mövqe sərgiləməsini yanlış sayır. Hesab edir ki, bu kimi davranışlar özünü doğrultmur.
Bu il mayın 15-də, ABŞ-ın nüvə anlaşmasından imtina etməsinin bir iliyinə təsadüf edən gündə İran rəsmən bəyan etdi ki, onlar uranın zəngiləşməsi istiqamətində dondurulmuş fəaliyyəti yenidən bərpa edirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128810

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031