Belaruslar «Xalq tribunalı» yaradırlar – Lukaşenkoya qarşı…

11.06.2019 - 00:48

Belarusun indiki prezidenti Aleksandr Lukaşenkonun mövqeyi getdikcə daha da çox laxlayır. Məsələn, müxalifətin görkəmli xadimlərindən biri bəyan edib ki, «milli lider»lə mübarizə üçün ölkədə «xalq tribunalı» yaradılır.

Belarus müxalifəti növbəti strateji addımını atıb. «Canı boğazına yığılmış» xalq pul toplayır və hakimiyyətlə mübarizə məqsədilə partizan dəstələri yaradır. Xalq tribunalının yaradılması barədə müxalifət fəalı Nikolay Avtuxoviç bəyan edib. Onun sözlərinə görə, bu təşəbbüs qarşıya «hakimiyyət sisteminin dəyişdirilməsi və qanunçuluğun bərpası» məsələlərini qoyur. Bu çalışmanı maliyyələşdirmək üçün o, vəsait toplandığını da elan verib.

Belarus müxalifəti ölkədə dikataturanı qanuniləşdirmiş «cinayətkar hakimiyyətə» qarşı çıxış etməyə çağırıb və onu ölkənin «brend»i adlandırıb. Qeyd etmək yerinə düşərdi ki, hələlik yeni mexanizmin hakimiyyətlə mübarizədə necə işləyəcəyi məlum deyil. Avtuxoviç bəyan edib ki, hansısa bir «xalq tribunalı» yaradılacaq və o, rejimin əlaltılarından hər birinin konkret məsuliyyətinə baxacaq.

Müxalifətçilərin bir çoxu Nikolay Avtuxoviçin bəyanatının kifayət qədər konkret olmadığını bildirir. Jurnalistlərin «öz planını konkretləşdirmək» barədə xahişinə cavab olaraq, Avtuxoviç bəyan edib ki, konspirasiya mülahizələrindən dolayı, hələlik bunu edə bilməz («UDF.by»).

Bundan əvvəl Aleksandr Lukaşenko bəyan etmişdi ki, Belarus Konstitusiyasını ciddi dəyişikliklər gözləyir. Bəs, Batkanın ölkə üçün bu ambisiyaları nədən xəbər verir?

Politoloq Valeri Karbaleviç bunu belə izah edib: «O, həmin dəyişiklikləri öz davamçısı üçün etmək istəyir – özünün malik olduğu sonsuz səlahiyyətləri davamçısına «miras» qoymaq istəmir. Ona görə də gözləmək olar ki, 2025-ci ildən sonra, Lukaşenkonun fikrincə, Belarusda yeni prezident olacaq».(azpolitika.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=128868

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930