Kim Çen In haqqında erkən ölüm proqnozu verildi

04.07.2019 - 17:46

Şimali Koreya lideri Kim Çen In çox yaşamayacaq. Bu iddia ilə “Fox News” telekanalının jurnalistləri çıxış edib.

ABŞ prezidenti Donald Trampla neytral zonada görüş zamanı Kim Çen In heç də yaxşı görünməyib. Şimali Koreya lideri çətin nəfəs alırmış, çox tərlədiyi hiss olunurmuş. Halbuki cəmi bir neçə metr addımlamışdı.

Tibb üzrə ixtisaslaşmış müxbir Mark Siqelin fikrincə, Kim Çen In hiperventilyasiya sindromundan əziyyət çəkir. Buna görə də çətinliklə nəfəs alır. Şimali Koreya lideri dayanmadan kökəlir. Bu onun orqanizmindəki problemləri bir az da dərinləşdirir.

Kim Çen In həm də çoxlu siqaret çəkir. Bu isə onun ağciyərinə böyük zərər vurur. Onun heç 40 yaşı yoxdur, amma indidən danışanda səsi xırıldayır. Çox əziyyət çəkdiyi aşkar hiss olunur. Görünür ki, Kim Çen Inda ağciyərin emfizemi baş qaldırıb. Bu xəstəlik siqaret çəkənlərdə yaranır. Ağciyər öz funksiyasını normal yerinə yetirmir. Qanın oksigenlə təminatında problem ortaya çıxarır. Şişmə baş verir.

Siqel iddia edir ki, Şimali Koreya hökumətində də liderin çox yaşamayacağını bilirlər./Bizimyol.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129196

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930