ABŞ qoşunlarını Kobanidən tam çıxarıb

14.11.2019 - 16:50

765dcd47f6a4fabAmerika Birləşmiş Ştatları bütün hərbi birləşmələrini Suriyanın Türkiyə ilə qonşuluğunda yerləşən şimali-şərq sərhədindən, Eyn əl Ərəb (Kobani) şəhərindən tam çıxarıb.

APA xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Xatırladaq ki, 7 noyabrda ABŞ Silahlı Qüvvələrinin Qərargah rəislərinin Komitəsinin rəhbəri Ulyam Beri bəyan etmişdi ki, ABŞ hərbiçilərinin önəmli hissəsi artıq Kobanini tərk edib.

Oktyabrın ortalarında isə Pentaqon başçısı Mark Esper bildirmişdi ki, ABŞ Türkiyə bölgədə hərbi əməliyyatlara başladığına görə minə yaxın hərbiçisini bu ərazilərdən çıxarır.

Oktyabrın 16-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Kobanidən, həmçinin Rakka və Tabkdan bütün əsgərlərini çıxartdığını və hərbi bazasını ləğv etdiyini açıqlamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136497

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930