Türkiyə aviaşirkəti uçuşları dayandırdı

14.02.2020 - 11:51

Türkiyənin “Atlas Global” aviaşirkəti son dörd ay ərzində ikinci dəfə uçuşları dayandırıb. Gözləntilərə görə, o, müflis olduğunu elan edəcək.

Bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.

“Kompaniya 2019-cu ildə yeni İstanbul aeroportuna köçməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən müflis olduğunu elan etməyi planlaşdırır”, – nəşr yazır.

Kompaniya artıq 27 noyabr – 21 dekabr tarixlərindəki reysləri ləğv edib. Bundan sonra o, London, Bağdad, Tel-Əviv və Amsterdama olan reysləri, eləcə də bəzi daxili marşrutları qismən bərpa edib.

Qeyd edək ki, “Atlas Global” “ETS Group” holdinqinə məxsusdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=142772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930