ABŞ-da koronavirus bir gündə 1344 can aldı

05.04.2020 - 14:13

Amerikalılar təcili şəkildə Hindistadan çıxarılır

“CNN”in xəbərində deyilir ki, ABŞ-da 312.000 nəfər koronavirusa yoluxub, onlardan 8.500 nəfər dünyasın dəyişib, şənbə günü isə 1.344 nəfər ölüb. Bir gündə bu qədər adamın ölümü Amerikanı sarsıdıb.

Hazırda Hindistanda olan amerikalıların təcili vətənə dönməsi üçün ciddi işlər görülür. Belə ki, Hindistana əlavə təyyarələr göndərilib.

“CNN” bildirir ki, ölkə rəsmiləri Hindistandakı vətəndaşların diqqətinə çatdırıb ki, bu imkandan maksimum səviyyədə yararlanmaq lazımdır: “Biz bilmirik ki, bu uçuşlar nə vaxta qədər davam edə biləcək”.

Bu isə o deməkdir ki, Amerika ilə Hindistan arasında uçuşlar istənilən gün kəsilə bilər.

Onu da qeyd edək ki, Hindistanda koronavirus sürətlə yayılmaqdadır. Artiq 77 nəfər ölüb. 3.374 nəfər isə virusa yoluxub. Ancaq bu, rəsmi rəqəmlərdir. Bir çox ekspert prosesin artıq nəzarətdən çıxdığını bildirir.

“Reuters” agentliyi isə bildirir ki, ABŞ prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında deyib ki, gələn iki həftə ərzində koronavirusdan ölənlərin sayı daha çox olacaq. Bu bəyanat onu göstərir ki, Amerikanın ən pis günləri hələ qarşıdadır.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://edition.cnn.com/world/live-news/coronavirus-pandemic-04-05-20/index.html

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144851

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930