Koronavirusdan ən çox bu ölkələr itki verir – SİYAHI

09.04.2020 - 09:38

ABŞ dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerə çıxıb. Bu barədə “Report” Birləşmiş Ştatlarda yerli və federal hakimiyyət orqanlarının, habelə dünyanın ayrı-ayrı ölkələrinin statistikasını aparan Con Hopkins Universitetinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ pandemiya qurbanlarının sayına görə İspaniyanı qabaqlayıb.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasından ölənlərin sayı 14 817 nəfər təşkil edir. İspaniyada isə 14 792 nəfər koronavirusun qurbanı olub.

Dünyada koronavirusdan ən çox insan İtaliyada vəfat edib. Bu ölkədə koronavirus qurbanlarının sayı 17 669 nəfərə çatıb.

Universitetin məlumatına görə, dünyada ümumilikdə 88 538 insan pandemiyadan ölüb. Siyahıda eləcə də Britaniya (7 172), Almaniya, Fransa, Çin, İran və digər ölkələrin adları var.

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144955

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930