Marqaret Tetçerin gəlini: “Azərbaycanı görmək istəyərik” (EKSKLÜZİV)

04.07.2020 - 23:20

“Mark Tetçer də mənim kimi birinci həyat yoldaşından boşanmışdı. Onun iki, mənim isə bir övladım vardı…” “Marqaret Tetçerin gəlini olmaq böyük məsuliyyət tələb edir” “İtləri çox sevirəm. Euronu əzizləyirəm”

Marqaret Tetçer — Böyük Britaniyalı mərhum siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət baş nazir olmuş şəxs. 1979-cu ildə Böyük Britaniyanın birinci qadın baş naziri olub. O, 19-cu əsrin əvvəllərindən bəri Böyük Britaniya tarixində hökumətə ən uzun müddət rəhbərlik edən şəxs olub. Marqaret Tetçer üç dəfə bu vəzifənin sahibi olub. Ölkə tarixində 1827-ci ildən bəri belə bir göstəriciyə malik ikinci qadın adı mövcud deyil. Xanım Tetçer eyni zamanda, Avropanın ilk qadın baş naziri kimi də tarixə düşüb. O, 1979-cu ildən 1990-cı ilədək yüksək vəzifədə çalışıb.  “Dəmir ledi” kimi tanınan Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer  2013-cü il aprelin 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. İki övladı var: Mark və Karol Tetçer.

Ens.az xəbər verir ki, HafizTimes.com dünyanın ən nüfuzlu mətbuat orqanlarının uzun illərdir ki, axtarıb tapa bilmədikləri Tetçer ailəsinin üzvləri ilə həmsöhbət olub. Marqaret Tetçerin gəlini Sara Tetçer, yeganə oğul nəvəsi Mikayıl Tetçer və həyat yoldaşı Kortni Tetçer əfsanəvi xanım siyasətçinin ailəsi ilə bağlı mühüm məqamları açıqlayıblar. HafizTimes.com  Tetçer ailəsinin indiyə qədər heç bir mətbuat orqanında yayımlanmayan özəl fotolarını da qürurla təqdim edir:

Mikayıl Tetçer – Marqaret Tetçerin yeganə oğul nəvəsidir. O, Mark Tetçerin övladıdır.

-Sizin həyatınız, fəaliyyətiniz uzun illərdir ki, tam gizli saxlanılır. Biz sizi yaxından tanımaq istərdik. Harada yaşayırsınız, nə işlə məşğul olursunuz?

-Dallasda dünyaya  gəlmişəm. Uşaqlıq illərim Cənubi Afrika Respublikasında Keyp şəhərində keçib. Daha sonra Highland Park Liseyində təhsil almışam. Texasdakı A&M Kollecində kimya üzrə bakalavr təhsili almışam. Amarillodakı Əczaçılıq məktəbini bitimişəm.

2017-ci ildə məzun olduqdan sonra sinif yoldaşım ilə ailə həyatı qurdum. Hazırda Vaco şəhərində həyat yodaşım, 3 pişiyimizlə birlikdə yaşayırıq. Dallasda məşhur dərman əczaxanasında çalışıram. Əczaçıyam.

-Niyə məhz əczaçılıq ? Bu sənəti seçməkdə məqsədiniz nədir?

-Əczaçılıq sahəsində ən böyük məqsədim xəstələrin dərmanlardan istifadə etmələləri prossesini asanlaşdırmaqdır. Onlara şəxsi sağlamlıqlarının qeydinə qalmalarının vacibliyini aşılayıram.

-İllər öncə futbolçu olduğunuz haqqında məlumatlar dərc olunmuşdu…Başqa hansı fəaliyyətlərlə məşğul olursunuz?

-Futbolla da məşğul oluram. Deyilənə görə yaxşı qapıçıyam. Həmçinin həvəskar formada  gitarada ifa etməyi sevirəm. Taxta üstü oyunlarla da maraqlanıram.

-Sizin şəxsi həyatınızla bağlı indiyə qədər heç bir mətbuat orqanında məlumatlar dərc olunmayıb. Sonuncu dəfə nənəniz Marqaret Tetçerin dəfn mərasimində (2013) iştirakınızla bağlı xəbərlər yayılıb. Bu barədə bilmək istərdik…

-Mən ötən il  Kortni adlı bir xanımla ailə həyatı qurdum. O, mənim sinif yoldaşım olub. Bir yerdə təhsil almışıq. Bu barədə Kotni daha yaxşı məlumat verə bilər…

Kortni Tetçer “Dəmir Ledi”nin  yeganə oğul nəvəsi Mikayıl Tetçerlə necə tanış olub, ailə həyatı qurmaları barədə bütün məqamları eksklüziv olaraq HafizTimes.com-a açıqlayıb:

-Mikayıl və mən Texasda Amarillodakı Əczaçılıq məktəbinin yeməkxanasında yemək gözləyərəkən tanış olduq. Hər ikimiz subay və yalnız idik. Bu aramızda inanılmaz dərədəcə yaxşı dostluğun qurulmasına şərait yaratdı. Mikayılla futbol, voleybol meydançlarında xeyli vaxt keçirdik.Oyunlar oynadıq, yeni kəşflər etdik.

Təhsil ilinin sonuna yaxın dostlarımız bizdən münasibətimiz barədə soruşmağa başladılar. Çox təəccübləndim. Çünki mən Mikayıla olan diqqətimi həmişə gizlətməyə çalışırdım. Sonra isə aramızda plotonik münasibətlərin yarandığını dostlarımıza açıqladıq və ikimiz də rahatlamağa başladıq.

3 həftəlik qış tətilmizdə hər gün görüşdük, əlaqə saxladıq. Dallasda , Austində bir-birimizlə xeyli vaxt keçirdik. Bu zaman Mikayılın mənim həyatımda necə bir önəm daşıdığını anladım.

İkinci semestrdə oxuyarkən biz ilk dəfə öpüşdük.  Daha sonra isə bir tarixi yaşamağa başladıq. O vaxtdan bəri bir-birimizdən ayrılmadıq, bütün zamanımızı birlikdə keçirməyə başladıq, həyatlarımızı bütünləşdirmək istiqamətində addımlar atdıq. Anladıq ki, birlikdə yola çıxmaq daha əyləncəli və rahat olur. Hər şey möhtəşəm idi.

“Dərman qutusundakı üzüyü çıxarıb,qarşımda diz çökdü…”

– Mikayıl Tetçer sizə necə evlənmə təklif etdi?

-Bir gün Mikayılla mən yenə də məktəbdə günorta yeməyinə getdik. O, məndən soruşdu ki, sabah Dallasdakı sənət muzeyinə gedə bilərik? Səhər yenidən görüşdük. Mikayılın düyməli köynək geyinməsi diqqətimi çəkdi. Muzeyə gedəcəyimiz üçün belə geyindiyi dedi. Muzeydən sonra biz birlikdə İngiltərə Primer Liginin futbol maçını izlədik. Daha sonra şəhərdəki ən sevdiyimiz restoranda yemək yedik.  Birdən yolda Mikayıl dedi ki, əczanədən  təcili bir resept götürməlidir. O , aptekdən dərman aldı. Hər şey normal idi.

Daha sonra maşına tərəf getdik. Mikayıl resept çantasını açtı və dayandı. Dedi ki, “bu resept mənim deyil, öz əczanəm mənə yalnış resept verib”. Birdən gözüm dərman qabına sataşdı. Orada mənim adım yazırdı.

Mikayıl dərman qabının ağızını açdı. Mənə nəsə təklif edəcəkdi. O, dizi üstə çökdü, dərman qabının içindən möhtəşəm bir üzük çıxardı və mənə evlənmə təklif etdi. Həyatımın ən özəl və xoşbəxt anlarını yaşayırdım. Bir neçə gün sonra ailə həyatı qurduq. İndi çox xoşbəxtik.

Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Marqaret Tetçerin gəlini Sara Tetçer də fikirlərini HafizTimes.com ilə bölüşüb.

Sara Tetçer – Marqaret Tetçerin oğlu Mark Tetçerin hazırkı həyat yoldaşı. 2008-ci ildə ailə həyatı qurublar. Mark Tetçer birinci həyat yoldaşı Dianadan boşanıb və Sara xanımla ailə həyatı qurub. Mark Tetçerin birinci həyat yoldaşından olan övladları: Mikayıl və Amanda Tetçer. Diana xanım isə hazırda multi-milyoner bir biznesmenlə ailə həyatı qurub.

-Azərbaycan barədə nələr bilirsiniz?

-Heç vaxt Azərbaycanda olmamışıq. Oraları gedib görmək istərdik. Bizimlə maraqlandığınız üçün sizə təşəkkür edirik.

“Hər ikimiz boşanmışdıq, yalnız idik…”

-Necə oldu ki, Tetçer ailəsinin gəlini oldunuz?

-Mən də Mark Tetçer kimi həyat yoldaşımdan boşanmışdım. İkimiz də subay idik. Onun iki övladı vardı: Mikayıl və Amanda. Mənim də birinci nikahımdan bir oğlum vardı: Henri… Biz tanış olduq, bir-birimizi sevdik və ailə həyatı qurduq. İndi çox xoşbəxtik. Bu yaxınlarda evliliyimizin 13 ilini qeyd etdik.

-Henrinin Mikayıl və Amanda ilə münasibəti necədir? (Ögey bacı-qardaşları)

-Onlar bir-birini çox sevirlər. Buna görə də biz çox xoşbəxt oluruq. Henri həmişə Amanda və Mikayılla əlaqə saxlayır, onlar tez-tez görüşürlər.

Bir neçə ay öncə Henrinin 18 yaşı tamam oldu. Hamımız onun doğum günü tədbirində idik. Bəzən onun uşaqlıq şəkillərinə baxıram. Onun böyüməsini gördükcə qürurlanıram. Mən hər zaman onun yanındayam. Mark da Henrini çox sevir.

-Mark Tetcer necə bir insan, həyat yoldaşıdır? Hansı işlə məşğul olur?

-Mark bizneslə məşğul olur. O, ailəsinə, övladlarına qarşı çox diqqətcil, qayğıkeşdir. Onu sevirəm.

-Marqet Tetçerin gəlini olmaq sizə nələr bəxş edib?

-Mənim üçün böyük xoşbəxtlik və qürurdur ki, bu gün onunla eyni soyadı daşıyıram, Tetçer ailəsinin bir üzvüyəm. Onun üçün çox darıxıram.

-Bildiyimiz qədəri ilə heyvanlara qarşı xüsusi qayğı göstərirsiniz…

-Ötən il Teddim (it) öldü. Ona çox bağlı idim. Hələ də onu unuda bilmirəm. Onun ölümündən sonra çox stress yaşadım. İtləri çox sevirəm. İndi Euronu (it) əzizləyirik…

-Sonda nə demək istərdiniz?

-Artıq bir neçə ildir ki, ailəmizlə bağlı kitab yazıram. Kitabım hazır olduğunda ilk sizə məlumat verəcəyəm. Hər kəsə salam göndəririk.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149342

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930