Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

06.08.2020 - 10:36

Rusiya Prezidenti Vladimir Putin Federasiyanın İstintaq Komitəsinin 3 generalının və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.

APA “gazeta.ru”ya istinadla xəbər verir ki, bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur.

Nəşrin məlumatına görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930