Estoniya koronavirusa qarşı ən mülayim məhdudiyyətlər tətbiq edən Avropa ölkələri arasında yer alıb
Estoniyada koronavirusla mübarizədə dövlət tərəfindən tətbiq edilən məhdudiyyətlər digər Avropa ölkələri ilə müqayisədə daha mülayimdir.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat İngiltərənin Oksford Universitetinin tədqiqatçılarının koronavirus pandemiyasına dair apardığı araşdırmasına əsasən yayılıb.
Bildirilib ki, bu həftənin çərşənbə axşamı qüvvəyə minən məhdudiyyətlərdən sonra Aİ ölkələrindən yalnız Finlandiya və Xorvatiya məhdudiyyətlərin ümumi mülayimliyi baxımından Estoniyanı geridə qoyub. Bununla belə, əksər Avropa ölkələrində koronavirusla bağlı qüvvədə olan tədbirlər Estoniya ilə müqayisədə daha sərtdir.
Qeyd edilib ki, Asiya ölkələri arasında ən mülayim məhdudiyyətlər tətbiq edən ölkələr arasında Moldova və Belarus da yer alıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=157791