“Uber” məhkəməni uddu, Türkiyədə yenidən fəaliyyətə başlayacaq

24.12.2020 - 15:10

“Uber” yenidən Türkiyədə fəaliyyət göstərəcək.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün apellyasiya məhkəməsi “Uber” taksi xidmətinin fəaliyyəti ilə bağlı qadağanı ləğv edib. Beləliklə, “Uber” yenidən Türkiyədə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Uber” taksi xidməti 2014-cü ildən Türkiyədə populyarlaşmağa başlamışdı. Onun fəaliyyəti ilə bağlı qadağaya qədər ölkədə 4,5 milyona yaxın insan bu şirkətin xidmətindən istifadə etmişdi. 2018-ci ildə Türkiyədə bir çox taksi xidməti şirkətləri “”Uber”in onların bizneslərini dağıtdığını” iddia edərək şikayət etmişdilər. Nəticədə məhkəmə qərarı ilə “Uber”in Türkiyədəki fəaliyyəti dayandırılmışdı.

Xatırladaq ki, “Uber” taksi xidməti dünyada 2010-ci ildən fəaliyyətə başlayıb. Bu günə qədər şirkət 15 milyarddan çox müştəriyə xidmət göstərib. Hazırda “Uber” 66 ölkənin 700-dən çox şəhərində gündə 19 milyona yaxın sərnişin daşıyır.

Bununla belə, Bolqarıstan, Danimarka və Macarıstanda onun fəaliyyətinə qadağa qoyulub. Şirkət Fransa, İtaliya, Almaniya, Yaponiya və Tayvanda məhdudiyyətlərlə fəaliyyət göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158781

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930