Türkiyənin qərarı bitkoini 2 min dollar ucuzlaşdırdı
Türkiyə Mərkəzi Bankının (TMB) ölkədə kriptovalyutalarla ödəniş qadağa qoyması bitkoinin ucuzlaşmasına səbəb olub.
Türkiyənin tənzimləyici qurumu qərarını bu kimi aktivlərə nəzarətin mümkünsüzlüyü, kriptovalyutaların qanunsuz məqsədlər üçün istifadə edilməsi ehtimalı ilə izah edib.
Ötən gecə bitkoinin qiyməti 63 800 ABŞ dollarına qədər yüksəlsə də, TMB-nin qərarından sonra 61 000 dollara düşüb.
Ötən ay illik inflasiya göstəricisinın 16 faiz təşkil etdiyi Türkiyədə kriptovalyutalara marağın artması məhz lirənin dəyərdən düşməsi ilə bağlıdır.
Short URL: https://www.cumhuriyyet.net/?p=162397