Uşaq həbsxanasında dəhşətli hadisə – ÖLƏNLƏR VAR
Misir paytaxtının Marj rayonunda yetkinlik yaşına çatmayanlar üçün həbsxanada baş vermiş yanğın nəticəsində azı 6 uşağın həyatını itirdiyi bildirilir.
Misir Penitensiar Xidmətinin məlumatında 20-dən çox azyaşlı məhkumun da yaralandığı qeyd olunub. İnsidentin uşaqlar arasında dava-dalaşdan sonra baş verdiyini bildirən rəsmi mənbə prokurorluq tərəfindən təhqiqat aparıldığını əlavə edib. İlkin versiya olaraq, yanğının elektrik naqilində qısa qapanma nəticəsinə baş verdiyi qeyd olunub.
Misirin rəsmi “Əxbar Əl-Yom” qəzetinin yazdığına görə, yanğın zamanı qaçaraq xilas olmaq istəyən uşaqların qarşısını həbsxana nəzarətçiləri alıblar. Uşaq penitensiar müəssisəsində yanğın təhlükəsizliyinin standartlara cavab verməməsi də ağır faciəyə səbəb olub.
Short URL: https://www.cumhuriyyet.net/?p=164294