Almaniya “Sputnik V” vaksinini tanımadı

28.06.2021 - 19:10
Almaniya “Sputnik V” vaksinini tanımadı
Avropa Şurası təsdiqləməyincə, Almaniya “Sputnik V” peyvəndini tanımayacaq.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin təmsilçisi Sebastyan Qyulde məlumat verib. Onun sözlərinə görə, Almaniyada yalnız Avropa Şurasının təsdiqlədiyi vaksinlər tanınır.
Avropa Dərman Agentliyi (EMA) Rusiyanın “Sputnik V” vaksininin Avropa İttifaqı ölkələrində dövriyyəsinə hələ ki, icazə verməyib.
Xatırladaq ki, iyunun 25-də İtaliyanın baş naziri Mario Draqi vaksinin təsdiqləməsinin təhlükəli olduğunu bildirsə də, səbəbini açıqlamamışdı. Sadəcə bildirmişdi ki, AB hər şeydən əvvəl, “Moskvanın kiberhücumlar, casusluq, dezinformasiya və insan haqlarının pozulması kimi cinayətlərini” nəzərə almalıdır.
EMA mütəxəssisləri isə, vaksinin təsdiqlənməsində gecikmənin yalnız peyvənd tədqiqatları ilə əlaqəli olduğunu söyləyirlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930