ABŞ-dakı Şeytan Qalasının sirri nədir? – Elm adamları çətinə düşüb

10.08.2021 - 16:33
ABŞ-dakı Şeytan Qalasının sirri nədir? - Elm adamları çətinə düşüb

Planetimizdəki çoxsaylı sirli yerlər yalnız turistləri deyilelm adamlarının da diqqətini cəlb edirConuncular zaman-zaman müasir texnoloji vasitələrin köməyi ilə təbiətin sirlərini izah etməyə çalışırlar, lakin həmişə uğur qazana bilmirlər. Belədə qeyri-adi hadisələr bir çox əfsanə və söz-söhbətin yaranmasına gətirib çıxarır və turistlər arasında daha da böyük maraq oyadır.

ABŞ-ın şimal-qərbindəki Vayominq ştatındakı qəribə bir dağın meydana gəlməsini də bu sıraya aid etmək olar. Bura bütün dünyada alimləri çətinə salan Şeytan Qalası adlanır. Alimlər müxtəlif araşdırmalar apararaq uzun illərdir ki, onun sirlərini açmağa çalışırlar.

Məlumdur ki, qəribə qalanın yaranma dövrü on milyonlarla ili əhatə edir. Yerli əfsanələrə görə, bu qəribə yerdə insanları heç sevməyən və onları məhv etməyə çalışan qəddar ruh yaşayır. O, qəzəblənəndə davul çalır və göy guruldamağa başlayır. Yağış zamanı göyü dağıdan saysız-hesabsız ildırımlar tez-tez sakinlər arasında əsl çaxnaşmaya səbəb olur. Qədim əfsanələrdən birində qalanın yeddi bacı sayəsində meydana gəldiyi söylənilir. Qızlar nəhəng ayıdan qaçaraq bu qayaya dırmaşıblarTanrıya o dərəcədə ürəkdən dua ediblər ki, daş çıxıntı böyüyərək dağ olub. Qala boyunca olan boşluqların ayının caynaq izləri olduğu bildirilən əfsanədə qızların xilas edildiyi, ancaq evə qayıtmadıqları söylənilir. Onlar Tanrı tərəfindən ulduzlara çevriliblər və indi göydə parlayırlar.

Ufoloqlar bu bölgədə enerjinin ətraf mühitə zərərli təsir göstərdiyini təsdiqləyirlər. Qeyri-adi enerji yığıntısı vaxtaşırı dağın zirvəsini işıqlandırır. Rəsmi elm baş verənlərə hələ bir izahat tapa bilmir, ancaq qeyri-adi dağ növünün mənşəyinə dair bir neçə versiya irəli sürülüb. Alimlərin son versiyasına görə, qala əvvəllər burada mövcud olan okeanın dibindən maqmanın püskürməsi nəticəsində yarana bilər. Temperatur fərqinə görə çöküntü bərkiyib və okean yoxa çıxdıqdan sonra eroziya sayəsində yumşaq süxurlar deformasiyaya məruz qalıb. Külək və yağışın təsiriylə qaya hazırkı formanı alıb.

Hazırda Şeytan Qalası alpinistlər üçün aktiv bir mərkəzdir. Hər il 5000-dən çox ekstremal istirahəti sevənlər onu fəth edir. Həmçinin bura xüsusi enerjiyə sahib qəribə bir yer görmək arzusunda olan adi səyahətçilər də gəlir. Möhtəşəm qala necə yaranmasından asılı olmayaraq, ölçüləri və orijinal görünüşü ilə heyrətamiz dərəcədə bənzərsiz bir təbii abidədir. Belə qeyri-adi bir guşəni ziyarət etməyə dəyər.

Tərcümə və təqdim etdi: Miraslan

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165840

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930