Zelenski Merkeli “Azadlıq” ordeni ilə təltif etdi

23.08.2021 - 10:03

 

Zelenski Merkeli "Azadlıq" ordeni ilə təltif etdi

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın federal kansleri Angela Merkeli “Azadlıq” ordeni ilə təltif edib.

Müvafiq fərman dövlət başçısının saytında dərc edilib.

“Ukrayna-Almaniya dövlətlərarası əməkdaşlığının gülcəndirilməsində, Ukraynanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verilməsində görkəmli xidmətlərinə görə qərara alıram: Almaniyanın Federal kansleri Angela Merkel “Azadlıq” ordeni ilə mükafatlandırılsın”, – fərmanın mətnində deyilir.

Orden Ukraynanın suverenliyinin və müstəqilliyinin bərqərar olması, Ukrayna cəmiyyətinin birliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, sosial-iqtisadi və siyasi islahatların aparılması, insan və vətəndaş konstitusiya hüquq və azadlıqlarının qorunması sahəsində görkəmli və xüsusi xidmətlərinə görə vətəndaşları mükafatlandırmaq üçün təsis edilib.

Qeyd edək ki, Angela Merkel bir günlük rəsmi səfərlə Ukraynadadır. O, bu gün Zelenski ilə görüşüb. (“Report”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166247

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930