Müəllim məktəbə inək gətirdi – FOTOLAR

02.11.2021 - 12:02

Türkiyənin Sakarya rayonunda “İ” hərfini öyrətmək və şagirdlərin məktəbə qarşı həssaslığını artırmaq istəyən ibtidai sinif müəllimi məktəbə inək gətirib.

 

Müəllimin bu hərəkəti hər kəs tərəfindən xoş qarşılanıb.

 

Uşaqların əylənərək öyrəndiklərini deyən sinif müəllimi Neslihan Yıldız bildirib ki, bu fəaliyyətin məqsədi təkcə “İ” səsini öyrətmək deyil, həm də şagirdlərin barmaq əzələlərini inkişaf etdirmək, müsbət nəticə əldə etmək niyyəti daşıyır.

Müəllimin hazırladığı əlcəklərlə şagirdlər sağım təcrübəsi qazanır, barmaq əzələlərini gücləndirirlər. Fəaliyyəti başa vurduqdan sonra tələbələr müəllimləri tərəfindən pasterizə edilmiş süddən içirlər.

Şagirdlərin fəaliyyətlərdən razı qaldığını və 15 ildir sinif müəllimi olduğunu bildirən Neslihan Yıldız valideynlərin də ona dəstək olduğunu deyib.

 

 

“Yaşayaraq öyrətmək istəyirəm” bildirən sinif müəllimi bu cür fəaliyyətlərdə təkcə dərs deməyi hədəfləmədiyini açıqlayıb. Mən bu yolla şagirdlərin çalışaraq və təcrübə edərək öyrənmələrinə kömək etmək, ən əsası isə onlara gözəl xatirələr buraxmağı  planlaşdırıram. Daha əvvəl edilməmiş işləri həyata keçirmək istəyirəm. Məsələn, kənd məktəbində olmaq mənim üçün inəyi gətirmək üçün uyğun bir mühitdir.

 

 

İbtidai məktəbin direktoru Melih Dəmir də müəllimin fəaliyyətdən razıdır:

“Uzun illərdir müəllimimizlə işləyirik və bu cür fəaliyyətləri davamlı olaraq etdiyi üçün bütün valideynlər tərəfindən təqdir olunur. Bugünkü tədbir sayəsində şagirdlərimiz hər gün məktəbə həvəslə gəlirlər. Buna görə müəllimimizə təşəkkürümüzü bildiririk və valideynlər bundan sonra hansı fəaliyyətlərin olacağını daim soruşurlar. Bu cür fəaliyyətlər digər müəllimlərimizə də nümunədir. Bunun nəticəsidir ki, onlar belə fəaliyyətlər planlaşdırırlar və fəaliyyət nəticəsində tələbələrin gözlərindəki sevinc bizi də sevindirir.

Təhsilin vaxtı və yeri yoxdur. Biz məktəbi dörd divar arasına sığdırmalı deyilik. Neslihan müəllimin uşaqlara böyük dəstəyi var və şagirdlərin daha yaxşı təhsil alması üçün əlindən gələn dəstəyi göstərir. Biz valideynlər də dəstək oluruq və uşaqlarımızın daha yaxşı təhsil alması üçün əlimizdən gələni etməyə çalışırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168013

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930